Səfirlikdən APA-ya verilən məlumata görə, musiqi axşamında Ü. Hacıbəyli ilə yanaşı, V. Mustafazadənin, E. Nəzirovanın, C. Ələsgərovun, Q. Qarayevin əsərlərindən hissələr səsləndirilib. Tədbirdə Azərbaycanın Kanadadakı səfiri F. Şəfiyev də iştirak edib.
Qeyd edək ki, Musiqi və Mədəniyyət üzrə Alleqro Akademiyasının əsası Ayşən Nuriyeva və Rəna Nuriyeva tərəfindən qoyulub. Akademiya musiqi tədrisi ilə məşğul olur.