"Kanal 13"ün təsisçisi Əziz Orucova xəbərdarlıq olundu

"Kanal 13"ün təsisçisi Əziz Orucova xəbərdarlıq olundu
MEDIA
15:11 23.09.2022
324
"Kanal 13" adlı "Youtube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Milli Təhlükəsizlik haqqında” haqqında Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı "Youtube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.
OXŞAR XƏBƏRLƏR