Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Türkiyənin Zonquldak vilayətinin rəsmi telekanalı olan Kanal Z arasında müqavilə imzalanıb.
“Azərkosmos” ASC-dənverilən xəbərə görə, müqaviləyə əsasən, Kanal Z "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
Qeyd edək ki, Türkiyənin digər region kanalları da artıq "Azerspace-1" peykinə maraq göstərir və bu kanallarla yayıma dair müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
Kanal Z kanalı 1 may 2015-ci il tarixindən etibarən 11015/H/30000 tezliyi ilə yayımlanı











































