Beyləqanda kanalda batan 21 yaşlı Amin Əhmədovun meyiti tapılıb. AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 6-da rayon ərazisindən keçən "Yeni Xan Qızı” adlı kanalda baş verib. Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.