Kanalda batan gəncin ölümündən əvvəl yazdığı son status - FOTO

Kanalda batan gəncin ölümündən əvvəl yazdığı son status - FOTO
Bütün Xəbərlər
18:39 30.06.2014
13038
“Ürəyimin ad günüdü...”.
Göyçayda Şirvan kanalına düşərək həyatını itirən Elnar Məmmədov ölümündən bir neçə saat əvvəl Feysbuk səhifəsində fikirlərini paylaşıb.
AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, yazılanlardan onun çox sevincli olması və səbirsizliklə atasının yolunu gözlədiyi bəlli olub:
“Bu gün çox sevincliyəm. Üç şeyə görə. Birincisi, niyyət gecəsidir. Allah bütün ürəkdən olan duaları qəbul etsin, inşallah. İkincisi, 6-sında atam gəlmək xəbərini verdi. Sağ-salamat gəl. Üçüncüsü də ürəyimin ad günüdü. Ad günün mübarək!”
Səhifədəki qeydlərdən məlum olur ki, Elnar son statusunu 28 iyun gecəsi, saat 3 radələrində yazıb. Həmin gün səhər saatlarında isə artıq dostları onun suya düşməsi xəbərini paylaşıblar.
Xatırladaq ki, iki gün əvvəl 1998-ci il təvəllüdlü Elnar Elşən oğlu Məmmədov Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində nəzarət olunmayan ərazidə batıb. Onun cəsədi bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 1500 m aralıda tapılaraq sudan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR