Kapital Bank forum, karyera sərgisi və təlimlərdə təmsil olunub

Kapital Bank forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
İQTİSADİYYAT
15:32 21.05.2025
1190

Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirlər çərçivəsində baş tutan "Universitet-sənaye əlaqələri” forumunda Kapital Bank-ın Gəncə filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. Vüqar Paşayev Forum iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin bu sahədə inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb. Panel müzakirəsi formatında keçirilən forumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində dəstək göstərmək olub.

Bununla yanaşı, Kapital Bank ali təhsil müəssisəsində keçirilən Karyera sərgisində də təmsil olunub. Sərgi zamanı bankın stendinə yaxınlaşan tələbələrə bankda mövcud vakansiyalar, təcrübə proqramları və gənclərə yönəlik karyera imkanları barədə ətraflı məlumat verilib.

Tədbirlərin davamı olaraq keçirilən Karyera təlimlərində isə Kapital Bank-ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova "Karyera inkişafı və şəxsi brendin yaradılması” mövzusu ilə çıxış edib. Dördüncü kurs tələbələri düzgün karyera seçimi, müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanmaq mövzularında praktiki tövsiyələr alıblar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar