Kapital Bank Naxçıvandakı daha 3 filialını yenilədi

Kapital Bank Naxçıvandakı daha 3 filialını yenilədi
İQTİSADİYYAT
11:02 15.01.2020
3802
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Daha öncə məlumat verildiyi kimi cari ildə Bankın Naxçıvan Muxtar Respublikası ərazisində olan filiallarında biznes proseslərin və filialların transformasiyası layihəsini reallaşdırır. 

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində bütün filiallarda 5 ay ərzində biznes proseslər optimizasiya olunub, 7 filialda əsaslı yenidənqurma işləri artıq yekunlaşıb, o cümlədən digər 1 filialda işlər davam etməkdədir.

Hazırki mərhələdə layihə çərçivəsində Kapital Bank-ın Şərur, Sədərək və Kəngərli filialları əsaslı təmir olunaraq, müştərilərin istifadəsinə verilib. Şərur filialı, Naxçıvan MR, Şərur şəhər, H.Əliyеv prospekti 44А, Sədərək filialı Naxçıvan MR, Sədərək rayonu, Hеydərаbаd qəsəbəsi və Kəngərli filialı isə Kəngərli rayonu,  Qıvrаq qəsəbəsi ünvanında yerləşir. Filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Kapital Bank-ın qeyd olunan filialları, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ayaz Babayev bu əməkdar atrtistin yaxın qohumu imiş - FOTO
13:04 16.05.2025
Ayaz Babayev bu əməkdar atrtistin yaxın qohumu imiş - FOTO
Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı
13:01 16.05.2025
Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
12:57 16.05.2025
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
12:53 16.05.2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
12:49 16.05.2025
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
12:42 16.05.2025
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
12:32 16.05.2025
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
Kursantlara bir sıra normalar tətbiq ediləcək
12:28 16.05.2025
Kursantlara bir sıra normalar tətbiq ediləcək
Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
12:27 16.05.2025
Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
Prezident Tiranada Antonio Koşta və fon der Lyayen ilə görüşdü
12:25 16.05.2025
Prezident Tiranada Antonio Koşta və fon der Lyayen ilə görüşdü
Tramp: İlk fürsətdə Putinlə görüşəcəyəm
12:21 16.05.2025
Tramp: İlk fürsətdə Putinlə görüşəcəyəm
Heyli Bolduini Castin Biberdən boşanır
12:13 16.05.2025
Heyli Bolduini Castin Biberdən boşanır
AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
12:08 16.05.2025
AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət
12:04 16.05.2025
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət
Gəncənin deputatı Elgün haqda danışdı: “Cinayətkar cəzasız qalmayacaq”
11:58 16.05.2025
Gəncənin deputatı Elgün haqda danışdı: “Cinayətkar cəzasız qalmayacaq”
38 yaşlı sabiq məmur həbsxanada öldü
11:45 16.05.2025
38 yaşlı sabiq məmur həbsxanada öldü