ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb.
AZXEBER.COM ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Məlumata görə, hadisə zamanı iki zabit xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yerli televiziya isə bir nəfərin güllələndiyini bildirib.
"Reuters” agentliyi isə mənbəyə istinadən qeyd edib ki, Kapitolinin giriş-çıxışı təhlükəsizlik tədbirləri səbəbindən bağlanıb.