Kapitolidə polislərə avtomobillə xəsarət yetirilib, əraziyə giriş-çıxış bağlanılıb

Kapitolidə polislərə avtomobillə xəsarət yetirilib, əraziyə giriş-çıxış bağlanılıb
DÜNYA
21:58 02.04.2021
464
ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb.

AZXEBER.COM ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Məlumata görə, hadisə zamanı iki zabit xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yerli televiziya isə bir nəfərin güllələndiyini bildirib.

"Reuters” agentliyi isə mənbəyə istinadən qeyd edib ki, Kapitolinin giriş-çıxışı təhlükəsizlik tədbirləri səbəbindən bağlanıb.
OXŞAR XƏBƏRLƏR