“Karantin rejiminin sərtləşdirilməsi qaçılmazdır”

DÜNYA
12:48 26.07.2021
639

Dünyada yoluxmaların artmasının əsas səbəbi olan COVID-19-un "delta” növü artıq Azərbaycanda da aşkarlanıb. Bəs bu hal görəsən nə dərəcədə ciddidir?

Tibb professoru, virusoloqiya və immunoloqiya üzrə mütəxəssis, Qazaxıstanın Profilaktik Tibb Akademiyasının prezidenti, hazırda ABŞ Sağlamlıq Assosiasiyasının üzvü Almaz Şarman Caliber.Az-a bununla bağlı münasibət bildirib.

Onun sözlərinə görə, bu variantın yayılması yoluxmanın sayını artıracaq.

 

"Reproduktiv say kimi bir anlayış var, əsas indeks "R” simvolu ilə qeyd olunur. Yəni yoluxmuş şəxs 5-8 nəfəri yoluxdura bilər. Ancaq karantin tədbirləri davam edərsə, infeksiya nisbəti 1,3 olacaqdır”.

Professor buna baxmayaraq epidemiyanın davam edəcəyini və yoluxmuş insanın başqalarını yoluxduramağa davam edəcəyini bildirib.

""Delta” - COVID-19-un olduqca kontaqioz variantıdır. Yeri gəlmişkən, bu bir ştamm deyil, variantdır. O, əvvəlkilərdən daha aqressivdir, eyni zamanda yaşlı insanlardan əlavə gənclərə də təsir etməsi ilə fərqlənir”.

Ekspertin sözlərinə görə, Azərbaycan üçün vaksinasiyanın olması yaxşı xəbərdir.

"Özü də iki dozada çox təsirli və yoluxmadan 85-90 faiz qoruyan "Pfizer” peyvəndi təklif olunur. Bununla yanaşı, digər peyvəndlər də xəstəliyin ağır formalarına qarşı kömək edir, mən Çin və Rusiya istehsalı olanları nəzərdə tuturam. ABŞ-da bir araşdırma aparılıb və vaksinasiyadan keçənlər arasında praktik olaraq koronavirusdan ölüm hallarının olmadığı məlum olub”.

Virusoloq anti-epidemioloji tədbirlərə riayət etməyə, maskalar taxmağa, sosial məsafəni qorumağa, kütləvi tədbirləri qadağan etməyə və təbii ki, vaksinasiyaya davam etməyi tövsiyə edib. Onun sözlərinə görə əhalinin ən azı 70 faizinə peyvənd vurulmalıdır.

Müsahib Azərbaycanda yoluxma sayında artım qeydə alındığını, bununla yanaşı COVID-19 "delta” variantının artıq ölkədə mövcudluğunu nəzərə alaraq karantin rejiminin sərtləşdirilməsinin qaçılmaz olduğunu hesab edib.

"Əgər əhalinin yarısından çoxu peyvənd vurdursaydı, karantin tədbirlərinin gücləndirilməsindən qaçmaq mümkün olardı. Ancaq hazırda fikrimcə sərtləşdirilməlidir və təbii ki, vaksinasiya prosesini sürətləndirmək lazımdır”, - Almaz Şarman sözlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:22 17.10.2021

"Bu ərazi Azərbaycanın nəzarətinə keçdi" - AÇIQLAMA

23:14 17.10.2021

Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif: Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin

23:08 17.10.2021

“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”

23:04 17.10.2021

Qurban Qurbanov: "Hər oyuna belə motivasiya, istəklə çıxmaq istəyirik"

22:57 17.10.2021

Polşada zəlzələ baş verdi

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı