Karlo Marino: Azərbaycan-İtaliya münasibətləri yüksək səviyyədədir - VİDEO

Karlo Marino: Azərbaycan-İtaliya münasibətləri yüksək səviyyədədir - VİDEO
SOSİAL
13:46 01.05.2024
2478
"Eurasiaticanews”un təsisçisi və direktoru, Avropa Xəbər Agentliyinin Roma və Vatikan üzrə xüsusi nümayəndəsi Karlo Marino "Azxeber Media"nın qonağı olub. O, Azərbaycana səfəri, Azərbaycan-Ermənistan əlaqələri, İtaliya-Azərbaycan münasibətlərinin gələcəyi haqqında AZXEBER.COM-a geniş müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Karlo, Azərbaycana xoş gəlmisiniz. Bu, sizin ölkəmizə ilk gəlişinizdir? 

- Dəvətiniz üçün minnətdaram. Bu, mənim Azərbaycana ilk səfərimdir. COP-29 tədbiri üçün ADA universiteti tərəfindən dəvət olunmuşam.  

- Azərbaycanda sizin diqqətinizi ən çox nə çəkdi? 

- Sizin ölkəniz hazırda çox gözəl və bir çox imkanlara sahib olan ölkədir.  Ölkənizin çox gözəl paytaxtı var. Bakı həm müasir həm də qədimliyini qoruyub saxlamış paytaxtdır. Burada yerləşən qədimi binaları siz qoruyub saxlamalısınız. 

- Siz qeyd etdiniz ki, COP-29-la bağlı keçirilən tədbirdə iştirak etmisiniz. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?  

- COP-29 Azərbaycanı dünyanın diplomatik arenasında özünü tanıtmağı üçün böyük bir şansdır. Çünki bu il ərzində bütün dünyanın müxtəlif ölkələrindən nümayəndələr Azərbaycanı COP-29-la bağlı ziyarət edəcək. Bu da onu göstərir ki, COP-29 Azərbaycanın özünü dünyaya tanıtması üçün bir fürsətdir. Bildiyiniz kimi, ADA universiteti ixtisaslaşmış Diplomatiya universitetidir. Həmçinin deyə bilərik ki, bir çox mütəxəssislərlə görüş keçirmək üçün ideal zamandır. Prezident İlham Əliyev bizim suallarımızı cavablandırmaq üçün həmin görüşdə 3 saat vaxt ayırdı. Bu, bizim üçün təsir bağışlayan bir təcrübə oldu.  

- Bəs sizin COP-29-dan gözləntiləriniz nələrdir? 

- Deyə bilərəm ki, Azərbaycan bu beynəlxalq görüşə çox yaxşı hazırlana bilər. Gözləntilərim ondan ibarətdir ki, yaşıl iqtisadiyyat və ətraf mühitlə bağlı nələrsə edilə bilər. Ətraf mühitlə bağlı məsələlər tək 1 xalq üçün yox, bütün dünya üçün əhəmiyyətlidir.  

- Bildiyiniz kimi, uzun illərdən bəri İtaliya Avropa Birliyində Azərbaycan üçün siyasi, iqtisadi və ticari cəhətdən çox önəmli tərəfdaşdır. Bununla belə, İtaliya-Azərbaycan münasibətlərinin gələcəyi haqqında nə deyə bilərsiniz? 

- Qədim zamanlardan İtaliya Azərbaycan vasitəsilə Çinə öz mal tədarükünü edirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi İtaliya-Azərbaycan münasibətləri olduqca yaxşıdır. Bu isə hər iki dövlətin inkşafı üçün zəmanət yaradır. 

- Növbəti sual Ermənistan-Azərbaycan münasibəti ilə bağlı olacaq. Açıq şəkildə Fransada anti-Azərbaycan siyasəti təbliğ edilir, Fransa sürətli şəkildə Ermənistanı silahlandırır. Fransanın mövqeyi və ümumilikdə bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı olan qeyri-obyektiv mövqeyini necə dəyərləndirirsiz? 

- Bu çox çətin bir sualdır. Çünki 2 gün öncə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın bir hissəsinə daxil olan Laçın dəhlizini görmə şansı əldə etdim. Mən həmçinin bu müharibə haqqında italyan dilində kitab yazmışam. Bununla belə düşünürəm ki, Azərbaycan-Ermənistanla münasibətlərini sabitləşdirməlidir. Hər şeydən öncə, Azərbaycan artıq Qarabağa sahibdir. Azərbaycan höküməti tərəfindən qarabağ müharibədən sonra inkşaf etdirilməyə başlayıb. Ora külli miqdarda investisiya qoyulub. Fikrimcə, Azərbaycan uzun illər sonra yenidən qaytardığı qarabağın günü-gündən gözəlləşməsi üçün əlindən gələni edir. Ermənistan Azərbaycanı təkcə qədim düşməni olaraq deyil, həm də iqtisadi imkanlara malik bir ölkə olaraq tanımalıdır. Fikrimcə, Ermənistan bunu başa düşsə, bu onun gələcəyi üçün daha  yaxşı nəticələnəcək. Fransaya gəlincə, Fransada sözü keçən erməni icması mövcuddur. Bu isə Fransanın Ermənistan üçün edəcəklərinə zəmanət yaradır. İtaliyanın nə Azərbaycanla, nə də Ermənistanla heçbir problemi yoxdur. Bizim hər iki ölkə ilə diplomatik münasibətlərimiz var.  

- Bəs Azərbaycan mediası ilə maraqlanırsınız? 

- Bəli, maraqlanıram. Əsasən də mədəniyyət xəbərləri ilə. Qeyd etmək istəyərdim ki, İtaliyada Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr mövcuddur. Bildiyiniz kimi, yazıları, məqalələri media vasitəsilə düzgün formada çatdırmaq başqa ölkələrdə həmin dövlətin imici üçün vacibdir. Hər şey mediada əks olunmalıdır ki, faktlar və sübutlarla cavab vermək mümkün olsun.  

- Siz həmçinin, qeyd etdiniz ki, İtaliyada sayt rəhbərisiniz. Bununla bağlı nə deyə bilərsiniz? 

- Düzgün informasiya portalı cəmiyyətdə çox böyük rol oynayır. Çünki bu portal vasitəsilə məqalələr dərc olunur, hekayələr yazılır və izləyicilərə təqdim olunur. Düzgün hekayə yazmaqla, bir çox şeyi dilə gətirmək mümkündür. Jurnalist kimi ekran arxasında olan zaman, insanların yazdığın hekayə haqqında nə düşündüklərini müşahidə edə bilirsən. 

- Bəs öz yaratdığınız informasiya portalı haqqında nə deyə bilərsiniz? 

-Onun adı "Eurasiaticanews”-dur. Biz bu portalda rus, ingilis, azərbaycan, yapon dillərində xəbərlər paylaşırıq. 
 
- Müsahibə üçün təşəkkür edirik...

Oksana Orucova
Fərid Faiqoğlu
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
10:52 09.05.2025
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
10:49 09.05.2025
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
10:36 09.05.2025
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:26 09.05.2025
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanda bəzi çaylarda sululuq artıb
10:20 09.05.2025
Azərbaycanda bəzi çaylarda sululuq artıb
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:01 09.05.2025
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
Günün şanslı bürcü hansılardır?
10:00 09.05.2025
Günün şanslı bürcü hansılardır?
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
09:46 09.05.2025
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
Hindistan Ərəb dənizindəki Pakistan hədəflərini vurdu
09:26 09.05.2025
Hindistan Ərəb dənizindəki Pakistan hədəflərini vurdu
ABŞ müdafiə naziri transgender hərbçilərin ordudan çıxarılması ilə bağlı əmr imzalayıb
09:17 09.05.2025
ABŞ müdafiə naziri transgender hərbçilərin ordudan çıxarılması ilə bağlı əmr imzalayıb
Anqola lideri İlham Əliyevə zəng edib
09:02 09.05.2025
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
08:50 09.05.2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
"Napoli" "Mançester Siti"nin vingerini heyətinə qatmağı düşünür
02:29 09.05.2025
"Napoli" "Mançester Siti"nin vingerini heyətinə qatmağı düşünür