Kartdan-karta edilən ödənişlərə nəzarət gücləndirilir - VİDEO

Kartdan-karta edilən ödənişlərə nəzarət gücləndirilir - VİDEO
SOSİAL
22:10 19.05.2026
643
Azərbaycanda kartdan-karta köçürmələrin həcmi yüksək həddə çatıb.

Bəs, obyekt və satış müəssisələrində belə ödəniş üsullarına nəzarət mexanizmi necədir?

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin rəsmisi "Xəzər Xəbər”ə danışıb. Qurumun idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, bu hallar monitorinq və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur.

 Vergi Xidmətinin əməkdaşı kartdan-karta ödəniş aşkarlandığı təqdirdə tətbiq olunan cərimə məbləğindən də danışıb.

 Qurum vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan-karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR