“Nə binanı təhvil verirlər, nə də kirayə pulumuzu vaxtında ödəyirlər” - Video

“Nə binanı təhvil verirlər, nə də kirayə pulumuzu vaxtında ödəyirlər” - Video
SOSİAL
22:38 04.06.2026
101
Bakının Nərimanov rayonunda bir qrup sakin pilot layihə çərçivəsində sökülən evlərinin əvəzində illərdir mənzillə təmin olunmadıqlarını iddia edir.

AZXEBER.COM xəbər verir ki, onların sözlərinə görə, 2020-ci ildə tikinti şirkəti ilə qarşılıqlı razılıq əsasında alqı-satqı müqaviləsi bağlanıb.

Razılaşmaya əsasən, sakinlər 24 ay ərzində yeni mənzillərlə təmin edilməli, bu müddətdə isə onlara kirayə pulu ödənilməli idi.

Lakin şikayətçilər bildirirlər ki, nə mənzillər təhvil verilib, nə də kirayə haqları vaxtında ödənilib.

Söhbət paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən və "Olimpus Park” ilə "N-Turan” MMC tərəfindən həyata keçirilən pilot tikinti layihələrindən gedir.

"Binanı nə tikib təhvil verirlər, nə də kirayə pulumuzu vaxtında ödəyirlər. Bizi aldadıblar. Heç kim nə telefona cavab verir, nə də məsuliyyət daşıyır. Bir-birilərinin üstünə atırlar. Bina yarımçıq vəziyyətdədir. Deyirlər ki, köçüb yaşayın, amma orada yaşamaq üçün şərait yoxdur”, – deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda sakinlərin kirayə haqlarının ödənilməsində və tikinti işlərinin aparılmasında yaranan gecikmələrlə əlaqədar şirkət rəhbərliyi ilə görüş keçirilib. Şirkətə kirayə haqlarının vaxtında ödənilməsi və tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı ciddi xəbərdarlıq olunub.

Daha ətraflı "Baku TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR