Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir

Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir
SOSİAL
19:20 23.06.2026
323
Paytaxtın Binəqədi qəsəbəsində, məscidin yaxınlığında kartof və soğan satışı həyata keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, satıcıların sözlərinə görə, kartofun bir kiloqramı 28 qəpikdən təklif olunur. Məhsulun 40 kiloqramlıq kisəsinin qiyməti isə 12 manat təşkil edir.

Alıcıların maraq göstərdiyi satış nöqtəsində soğan da münasib qiymətə təqdim olunur.

Qeyd edək ki, ötən gün yumurtanın da qiyməti 1-3 qəpik arası düşmüşdü. 
OXŞAR XƏBƏRLƏR