Qanunsuz onlayn qumar oyunları ilə bağlı cəzaların sərtləşdirilir - VİDEO

Qanunsuz onlayn qumar oyunları ilə bağlı cəzaların sərtləşdirilir - VİDEO
SOSİAL
00:28 24.06.2026
219
Qanunsuz onlayn qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, oyunların təkrar keçirilməsinə görə yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olunacaq.

Bu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hüquqşünaslar bildirir ki, son dövrlər bu formatda olan qanunsuzluqların artdığı müşahidə edilir. Buna görə tədbirlər gücləndirilməlidir.
Şamil Paşayevin sözlərinə görə, yeniyetmələr arasında bu oyunların yayılması ilə bağlı qanunda dəyişiklik ilə yanaşı valideyn nəzarəti də gücləndirilməlidir.

Qüvvədə olan Məcəlləyə əsasən, bu əməllər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

OXŞAR XƏBƏRLƏR