‘Karvan’dakı yanğın söndürüldü – bir nəfər öldü, 5-i yaralandı

‘Karvan’dakı yanğın söndürüldü – bir nəfər öldü, 5-i yaralandı
Bütün Xəbərlər
00:54 10.10.2014
1722

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlama verib. 

APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, nazir müavini bildirib ki, yanğın nəticəsində  1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır. 

FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər. 

Qeyd edək ki, ötən ilin oktyabr ayında da eyni ticarət mərkəzində yanğın baş vermişdi. 

OXŞAR XƏBƏRLƏR