"Cavanlıqda çox səhvlər buraxmışam. Kaş ailəmdən möhkəm yapışardım, saxlayardım. Səbəbkar tək mən deyildim. Onun da, mənim də günahım oldu. Boş buraxdıq".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Öz aramızda" proqramında deyib. Aktrisa şəxsi həyatından danışıb. O bildirib ki, ailəsini dağıtmağına görə illər sonra peşmançılıq çəkir:
"Kaş başqa işlə məşğul olardım və xeyir tapardım. Bu günümə də şükür. Teatrda işləyirəm. Məni yaşadır, həyat verir. Teatr müqəddəs məbəddir mənim üçün. Ondan yüksək bir şey yoxdur. Birinci evimdir, bütün günümüz orada keçir. Məni indi yaşadan teatr və övladımdır. Onun balası var. Məni cavanlaşdıran nəvəmdir. Çox arzulayırdım ki, nənə olum. Nə yaxşı indi buna nail oldum, arzuma çatmışam. Bundan gözəl fəxri ad yoxdur. Amma "kaş ki"lərim də çoxdur".
Qeyd edək ki, N.Orucovanın qızı Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir.











































