"Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur"

SİYASƏT
20:27 24.10.2020
438
Oktyabrın 22-də APA İnformasiya Agentliyinin apa.az saytında hərbi ekspert Üzeyir Cəfərovun fikirləri əsasında "Hərbi ekspert: Kaspşik və səhra köməkçiləri bu illər ərzində Azərbaycanı aldadıblar, məsuliyyətə cəlb edilməlidirlər” başlıqlı məqalə dərc olunub.

AZXEBER.COM xəbər verir ki, ATƏT məqalə ilə bağlı APA-ya məktub ünvanlayıb.

ATƏT-in Kommunikasiya və Media ilə əlaqələr bölməsinin rəhbəri İna Pırvanovanın adından göndərilmiş məktubda bildirilir ki, məqalədə hərbi ekspertə istinadən ATƏT-in fəaliyyətdə olan sədrinin (PRCIO) Şəxsi Nümayəndəsinin mandatı barədə yanlış məlumatlar dərc edilib.

Məktubda deyilir ki, bu yanlışlıq Azərbaycan ictimaiyyətində də yanlış anlaşmaya səbəb ola bilər və APA-dan gözləntiləri balanslı yanaşmanın təmin edilməsidir.

Qeyd edək ki, sözügedən məqalə ATƏT-in məktubunda da bildirildiyi kimi hərbi ekspert Üzeyir Cəfərovun rəyi əsasında hazırlanıb. APA tərəfsiz media orqanı olaraq balanslı yanaşma nümayiş etdirir və qarşı tərəf kimi ATƏT-in də mövqeyini dərc edir.

Məktubda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin mandatı barədə məlumat ATƏT-in saytında dərc olunub: "Burada aydın şəkildə qeyd olunur ki, şəxsi nümayəndə öz fəaliyyətinin bütün aspektləri barədə ATƏT-in fəaliyyətdə olan sədrinə, fəaliyyətdə olan sədrin ofisi vasitəsilə ATƏT-in Minsk Qrupu həmsədrliyinə, həmçinin, müvafiq olaraq Minsk Qrupuna məlumat verməlidir.

Etimadın artırılması tədbirləri ilə bağlı öhdəliklər çərçivəsində ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi və onun sahə köməkçiləri monitorinqlər keçiriblər. Bu tədbirlər cəbhə xətti boyu gərginliyin azalmasına və bəzən meydana gələn gərginliyin həlli yolunun tapılmasına imkan verib, şərait yaradıb. Bu, həmçinin, təhlükəsizlik zəmanətləri ilə humanitar əməliyyatlara dəstək verməyə imkan verib, xüsusilə 2016-cı ildə təmas xəttində baş verən qarşıdurmalardan sonra cəsədlərin toplanması və dəyişdirilməsi qeyd olunmalıdır.

Bütün monitorinq təlimləri tərəflərin razılığı ilə həyata keçirilib, onlar hərbi müşayiəti təmin edərək sahə köməkçilərini monitorinqin keçirildiyi yerə aparıblar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 2019-cu ilin noyabrında jurnalistlərin qarşılıqlı səfərləri kimi digər etimadı gücləndirmə tədbirlərini hazırlayıb, hazırlayır və həyata keçirir. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin istintaq aparmaq və ya hər hansı bir tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

21:47 04.12.2020

Bakı klubunun legionerində koronavirus aşkarlandı

20:48 04.12.2020

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

20:37 04.12.2020

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"

20:19 04.12.2020

ABŞ-da günlük yoluxma sayında rekord

20:01 04.12.2020

Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək - RƏSMİ

19:46 04.12.2020

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

19:30 04.12.2020

Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı

19:21 04.12.2020

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pislədi

19:11 04.12.2020

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi

18:53 04.12.2020

Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO

18:39 04.12.2020

Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı