Azərbaycanın kabel televiziyası KATV 1-in fəaliyyətində ciddi problemlər yaranıb.
Bu gün televiziya rəqəmsalı yayımını dayanıb və internet təchizatı kəsilib.
Maraqlısı budur ki, rəqəmsal yayım dayandırılsa da, analoq yayımla bağlı heç bir problem olmayıb.
AZXEBER.COM-un xəbərinə görə, Xətai rayonundan abunəçilər Milli.Az-a bildirib ki, rəqəmsal yayım günorta saatlarında təxminən iki saat dayandırılıb. Bununla paralel internet də kəsilib. Televiziyanın fəaliyyəti bərpa olunsa da, internet təchizatı düzəlməyib.
Şirkətin "127" müştəri xidməti də davamlı məşğul göstərir. Yəni problemin səbəbini öyrənmək üçün abunəçilər bütün imkanlardan məhrum ediliblər.
Şirkətdən verilən son məlumata görə, televiziyanın əsas avadanlığı sıradan çıxdığı üçün rəqəmsal yayımda və internet təchizatında fasilələr yaranıb.
O da vurğulandı ki, problem artıq aradan qaldırılıb və şirkət normal fəaliyyətini davam etdirir.