Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yaşayan sakinlər artıq 2 saatdan çoxdur ki, KATV-1 kabel televiziya şirkətinin internet xidmətində yaranan problem səbəbilə çətinlik yaşayırlar.
AZXEBER.COM xəbər verir ki, sakinlərin sözlərinə görə, internet tamamilə kəsilib və hazırda istifadə etmək mümkün deyil. Problemlə bağlı şirkətlə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb - nə telefon zənglərinə cavab verilir, nə də "WhatsApp” üzərindən göndərilən mesajlara reaksiya var.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb, çünki şirkətin əlaqə xətləri uzun müddətdir məşğuldur.
Sakinlər problemin tez bir zamanda aradan qaldırılmasını və məsul qurumun açıqlama verməsini gözləyirlər.












































