Katzdan İrana xəbərdarlıq: “Harada gizlənsə də, məhv ediləcək!”

Katzdan İrana xəbərdarlıq: “Harada gizlənsə də, məhv ediləcək!”
DÜNYA
11:19 04.03.2026
390
İsrailin müdafiə naziri İsrael Katz İran rəhbərliyinə kəskin mesaj ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, nazir "X” sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, İran tərəfindən İsraili məhv etmək, Amerika Birləşmiş Ştatlarını, "azad dünyanı” və region ölkələrini təhdid etmək planını davam etdirmək üçün təyin olunacaq istənilən lider birbaşa hədəfə çevriləcək.

"Adının nə olduğu və ya harada gizləndiyi önəmli deyil. Belə bir şəxs qəti şəkildə zərərsizləşdiriləcək hədəf olacaq”, – deyə Katz vurğulayıb.

Nazir qeyd edib ki, bu istiqamətdə tapşırıq İsrail Müdafiə Qüvvələrinə baş nazir Binyamin Netanyahu ilə birgə verilib.

Katz əlavə edib ki, İranın imkanlarını zəiflətmək və İran xalqının mövcud hakimiyyəti devirərək yeni hökumət qurması üçün zəruri şərait yaratmaq məqsədilə ABŞ-li tərəfdaşlarla birgə fəaliyyətlərini davam etdirəcəklər.

Regionda gərginlik pik həddə çatdığı bir vaxtda səsləndirilən bu açıqlama beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
OXŞAR XƏBƏRLƏR