Kazanda razılaşma əldə olunmadı, müharibənin başlanması qaçılmazdır – RƏY

Kazanda razılaşma əldə olunmadı, müharibənin başlanması qaçılmazdır – RƏY
Bütün Xəbərlər
17:12 24.06.2011
1714

Kazanda Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan danışıqları diqqət mərkəzindədir.

Maraqlıdır ki, görüşdə vasitəçilik missiyasını öz üzərinə götürən Rusiya təmsilçiləri müzakirələrin yekunu ilə bağlı xüsusi optimizm sərgiləmir. Hər-halda danışıqlardan əvvəl müsahibə verən siyasi ekspert Aleksandr Xramçinin proqnozu belə düşünməyə əsas verir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin mövqeləri Qarabağ probleminin həllini imkansız edir: “Kazanda imzalanması gözlənilən saziş imzalanmasa, məncə də imzalanmayacaq, müharibənin başlanması qaçılmaz olacaq. Çünki Azərbaycan mövcud durumun belə davam etməsini qəbul etməyəcək. Ermənistan isə Qarabağın müstəqilliyi üçün çalışacaq”.

Xatırladaq ki, bu görüşün sonunda baza prinsiplərinin əks olunduğu xüsusi sənədin imzalanması nəzərdə tutulurdu.

//Ans Tv

OXŞAR XƏBƏRLƏR