Köçəryanın müsahibəsinin gizlinləri: Dili başqa, əlləri başqa danışır...

Köçəryanın müsahibəsinin gizlinləri:  Dili başqa, əlləri başqa danışır...
SİYASƏT
17:46 06.04.2021
1244

Əfsələddin Ağalarov  

Əslində soyuqqanlı və donuq baxışlarının arxasında bir qatilin bomboz həyatı əks olunur. Adama elə gəlir ki, o danışır, bəbəyinin içində Xocalı sakinləri qışqırır, hərəsi bir yana qaçır, körpəsi ağlamasın deyə onu boğan ana fəryad edir. Sanki, üzündəki əzələlər gərildikcə alnındakı qırışları büzüşür, büzüşdükcə də arasına bir Xocalı sakinini alıb havasızlıqdan boğur...

O mimikasının və jestlərinin harmoniyası ilə, geyimindəki sərbəstliyin verdiyi komfortla bu fəryadı gizlədir, təcrübəli jurnalist Vladimir Poznerin işini çıxmaza soxur. Nə də olsa bunu bir uşaq qatili, müharibə canisi edir. 

***

"Siz niyə Moskvadasınız?" deyə başlayan müsahibədə çox maraqlı məqamları qaçırmamaqla yanaşı, Köçəryanın jest və mimikalarının harmoniyasının sirrini də araşdırmaq lazım. Ki onun məqsədinə haradasa anlayaq. Ən azından cəhd edək:

1.Müsahibənin əvvəlindən sonuna kimi yalnız sol əlini ovuc içi aşağı formada masanın üzərinə qoyur və çox nadir hallarda əllərini tam açır, əsasən yumruq formasında saxlayır.

 



Bədən dili mütəxəssislərinin elmi araşdırmalarında, beldən aşağı hissə passiv bölgə, bellə qolların arasındakı hissə aktiv bölgə, qolların dirsəkdən yuxarı hissəsi isə aqressiv bölgə olaraq tanımlanır. Uşaq qatilinin oturaq vəziyyətdə olduğunu nəzərə alsaq, onun müsahibənin əvvəlindən sonuna kimi AQRESSİV bölgədən istifadə etdiyini deyə bilərik.

Elmi tezislərdə əllərin hər iksinin və ya birinin yumruq formasında olması şəxsin aqressiv mesaj vermək istədiyini göstərir. Yumruğun önə və arxaya doğru hərəkət etməməsi isə bu mesajın çağırış xarakterli olmadığını deməyə əsas verir. Yəni, müsahib yalnız öz şəxsi aqressiyasını göstərir. Koçaryanın hazırda heç bir rəsmi vəzifə daşımadığını diqqətə alsaq, mesaj Ermənistan dövlətinin deyil, onun düşüncələrinin həmləsidir.

2 . Müsahibənin yalnız bir yerində hər iki əlinin ovuc hissəsi açıq formada masanın üzərinə qoyduğu görünür. Bu isə Vladimir Poznerin Dağlıq Qarabağla və xarici siyasətlə bağlı deyil, Ermənistanın daxili məsələləri ilə bağlı verdiyi sualların birində özünü göstərir. (Dəqiqə: 34:03). Bəhs etdiyim fakt ümumilikdə bir-iki saniyə çəkir.

 


 

Köçəryan əllərinin ovuc hissəsini bədənin aktiv hissəsinə salmağa çalışır. Bu isə praktika daha çox siyasətçilərin daxili auditoriya üçün vermək istədikləri mesajlarda pozitiv və ümidverici görünmək istəyindən ortaya çıxır. Burada masanın quruluşu onun aqressiv hissədən aktiv hissəyə enməsinə imkan vermədiyi üçün əllərini bir az da instinkt olaraq önə aparır. Və ümumilikdə bəlkə də dövlətçiliyin güclənməsi ilə bağlı, infrasturuktur layihələri ilə bağlı dediyi fikirlər müsahibin ən çox özünü pozitiv auraya saldığı anlardır.

3.Müsahibənin əvvəlindən axırına kimi qamətini düz saxlaması və yerində çox nadir hallarda eşələnir.

Mütəxəssislər bədən dilində çiyinlərin aşağı salınması və üzdəki təəssüf hissinin şəxsin gücsüzlüyünün arxasında gizlənərək mövcud təhlükəni dəf etmək üçün sonuncu addımı kimi qiymətləndirir. Biz isə Köçaryanın qamətinin əyilmədiyini görürük. Üzündəki mimikanın daha çox aqressiv bölgədəki əl hərəkətləri ilə uzlaşdığını nəzərə alsaq, vermək istədiyi mesajın qəti və dəyişilməz olduğunu deməyə əsas verir.

Moskva səfəri və ardınca Rusiyanın birinci kanalında görünən qatilin nə düşündüyünü və nə etmək istədiyini az-çox bilirik. Ancaq nə düşünsək də, qarşımızdakı ani davranışlarını belə nəzarətdə saxlayan uşaq qatili olduğunu beynimizin bir küncündəki asqıdan asmalıyıq.

 

OXŞAR XƏBƏRLƏR