Abbas Səfərov deputat Eldar Quliyevin kürəkənidir, məhz onun sayəsində bu ədalətsizliyə və qanunsuzluğa yol verə bilir. Sayt iddia edir ki, o, qayınatasının hesabına qanunlara qarşı “toxunulmazlıq” əldə edə bilib. Məlumata görə Abbas Səfərovun Eldar Quliyevin qızı ilə izdivacı onun ikinci evliliyidir.
İstisna deyil ki, “Kapitol” tikinti şirkətinin əsl sahibi elə Eldar Quliyevdir.Qeyd edək ki, millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev 20 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəddir. (AzPolitika.info)