AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, prokurorluq işi prezident Kuçmanı bu qətllə əlaqədar ittiham edən opponentlərinin təzyiqi altında açıb.
Baş prokurorun müavini Renat Kuzmin deyib ki, 1994-2005-ci illərdə prezident olmuş Kuçmaya ölkəni tərk etmək qadağan olunub. Kuçma səlahiyyətlərini aşmaqda və daxili işlər orqanlarına jurnalistin qətlinə aparan qanunsuz göstərişlər verməkdə ittiham edilir.
Anti-Kuçma düşərgəsi onun və o vaxtkı daxili işlər nazirinin danışığı yazıldığı iddia olunan kassetə istinad edirlər.
Həmin danışıqda guya Qonqadzenin ləğvi məsələsi müzakirə olunub.
2000-ci ilə aid bu kassetin Kuçmanın cangüdənlərindən biri tərəfindən yazıldığı söylənilir.
Kuçma isə iddiaların əsassız olduğunu söyləyib.
Xatırladaq ki, jurnalist Qonqadze Kiyevdə bir dostunun evindən çıxarkən oğurlanıb və vəhşicəsinə qətlə yetirilib.