Onun şərq və qərb divarlarının uzunluğu 10 metr 10 santimetrdir.
Hər il Məkkə şəhərindəki müqəddəs Kəbədə təmizlik işləri aparılır. Şaban ayına təsadüf etmiş budəfəki səliqə-sahman yaratmada Allah Evinin qapıları yenidən açılıb.
AZXEBER.COM Modern.az saytına istinadla çox nadir hadisənin fotolarını təqdim edir.
Qeyd edək ki, “kub” kimi tərcümə olunan Kəbə əslində dördbucaqlıdır. Onun şərq və qərb divarlarının uzunluğu 10 metr 10 santimetr, şimal və cənub divarları isə 12 metrdir. Allah Evi üzərində Quran ayələri olan xüsusi toxumalı qara örtüyə malikdir. Onun yuyulması üçün İranda hazırlanan gülabdan istifadə olunur.
Nəzərinizə çatdıraq ki, Kəbəyə daxil olmağa hər adama icazə verilmir. Kəbənin daxilinin təmizlik işlərinə Səudiyyə Ərəbistanı kralı özü rəhbərlik edir.
Yeri gəlmişkən, vaxtilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə Səudiyyə Ərəbistanına səfəri zamanı Kəbəyə daxil olmağa icazə verilib





