“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova “Azadlıq” qəzetini və onun əməkdaşları Ramin Deko və daha bir müxbiri məhkəməyə verib. Bu haqda Ramin Deko xəbər verib.
Onun dediyinə görə, bu barədə “Azadlıq”a Yasamal rayon məhkəməsindən göndərilən bildirişdə qeyd edilib. “Binə”nin sahibi məhkəmə müraciətində qeyd edib ki, bu ilin 7 iyul tarixində “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələr onun işgüzar nüfuzunu ləkələyib. İddiaçı tərəf təkzib verilməsini və cavabdehlərin hər birinin 50 min manat cərimələnməsini, bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş edir.