Ulu Öndər Heydər Əliyevin xatirəsi şərəfinə dövlət qurumları arasında keçirilən mini-futbol yarışının yarımfinalçıları məlum olub.
AZXEBER.COM xəbər verir ki, bu gün keçirilən yarışın yarımfinal uğrundakı qarşılaşmasında Fövqaladə Hallar Nazirliyinin komandası Müdafiə Nazirliyinin komandası ilə qarşılaşıb.
FHN komandası 3-0 hesabla qalib gələrək yarımfinala yüksəlib.
Fövqəladə Hallar Nazirliyinin komandasının yarımfinalda rəqibi Daxili İşlər Nazirliyinin komandası olacaq.