ANS TV-nin Türkiyə üzrə təmsilçisi və xüsusi müxbiri Pərviz Sultansoy yeni sayt açıb.
Bu haqda AZXEBER.COM-a jurnalist özü məlumat verib.
Onun dediyinə görə, turkaznews.com adlanan sayt iki qardaş ölkə arasında körpü rolunu oynayacaq: "Yeni layihəmiz Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayacaq, saytımız 2 dildə fəaliyyət göstərəcək. Biz Azərbaycan xəbərlərini türk dilində, Türkiyə xəbərlərini isə Azərbaycan dilində yayımlayacağıq. Əsas məqsədimiz odur ki, ölkəmizi Türkiyədə daha çox təbliğ edək. Çünki bəzi hallarda görürük ki, Türkiyə mediası bilməyərəkdən Azərbaycan haqda həqiqəti əks etdirməyən xəbərlər yayırlar, biz bunun qarşısını almağa çalışacağıq"
Pərviz Sultansoy həmçinin qeyd edib ki, saytın təsisçisi özü, baş redaktoru isə Vüsalə Mahmudovadır.