Keçmiş arvadını güllələyəndən sonra özü də intihar etdi

Keçmiş arvadını güllələyəndən sonra özü də intihar etdi
DÜNYA
01:46 15.04.2024
252
Toyda boşandığı həyat yoldaşını görən Mehmet Bahşi əvvəlcə silahla köhnə həyat yoldaşı Çiğdem A-ya atəş açıb, sonra isə eyni silahla intihar edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Sancaktepe bölgəsində baş verib. 

İddialara görə, qohumlarının toyuna gedən Mehmet Bahşi boşandığı həyat yoldaşı Çiğdem A. ilə toyda qarşılaşıb. 

Qarşılaşmadan sonra Mehmet Bahşi yanında olan silahla Çiğdem A.-nın başından atəş açıb. Çiğdem A. yerə yıxılandan sonra, Mehmet Bahşi də eyni silahla intihar edib.  

Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadası göndərilib. 

Ağır yaralanan Mehmet Bahşi və Çiğdem A. hadisə yerində edilən müdaxilələrdən sonra xəstəxanaya göndəriliblər.  

Mehmet B. həyatını itirib.  

Çiğdem A. isə Sultanbəyli Dövlət Xəstəxanasında müalicə olunur. 

Çiğdem A.-nın həyatının hələ də təhlükədə olduğu bildirilib.  

Araşdırma davam edir. 

Oksana 
OXŞAR XƏBƏRLƏR