Keçmiş arvadını sevgilisiylə tutdu: "Əxlaqsızlıq edirdi, həzm edə bilmədim"

Keçmiş arvadını sevgilisiylə tutdu: "Əxlaqsızlıq edirdi, həzm edə bilmədim"
SOSİAL
14:29 09.05.2019
4385
Bakıda keçmiş arvadını qısqanclıq zəmində qətlə yetirməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin məhkəməsi keçirilib.

İttihama əsasən Rəşad İbrahimzadə keçmiş həyat yoldaşı Zəhra İbrahimovanı əxlaqsız həyat tərzi keçirdiyi, başqa kişilərlə görüşdüyü üçün öldürmək qərarına gəlib. O, keçmiş həyat yoldaşını izləyərək Emil Əliyev adlı şəxslə görüşüdüyü görüb. R. İbrahimzadə Z. İbrahimovanı öldürüb, E. Əliyevi isə öldürməyə cəhd edib.
 
Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, Zəhra İbrahimova ilə birgə nikahdan 3 azyaşlı övladı var: "2018-ci ilin may ayında Kəpəz Rayon Məhkəməsində Zəhra ilə boşandıq. Boşansaq da, ailəmdən hər zaman xəbər alırdım. Çünki uşaqlarımız vardı. Lakin Zəhra ilə bağlı qulağıma yaxşı sözlər çatmırdı. Başqa kişilərlə oturub-durduğunu eşidirdim. Əxlaqsız həyat tərzi seçmişdi. Bunu həzm edə bilmədim. Onu izləmək qərarına gəldim. Mayın 3-də işimi-gücümü atıb Zəhranın dalına düşdüm. Səhər saat 9 radalərində "Gənclik” metrosunun yanında 199 nömrəli avtobusa mindiyini görüb, taksi ilə onu izləməyə keçdim. "Yaşıl bazar”ın qarşısında avtobusdan düşdü. Oradan "Atlas” klinikasının qarşısına gəldi. Bu zaman sonradan adını bildiyim Emil adlı şəxslə səmimi görüşdü. Aralarında isti münasibət olduğunu hiss etdim. Birlikdə getməyə başladılar. Bundan qıcıqlandım. Özümlə gətirdiyim bıçaqla onların üzərinə getdim. Zəhra məni görən kimi Emilin qabağına keçdi. Birinci Zəhraya bir neçə bıçaq zərbəsi vurdum. Zəhra yerə yıxıldı, dalınca Emili bıçaqladım. O yerə yıxıldı. Bir qədər orda durdum, özümə gələn kimi hadisə yerindən qaçdım”.

Təqsirləndirilən şəxs deyib ki, keçmiş arvadının bu cür həyat tərz keçirməsini qəbul edə bilməyib: "Həzm edə bilməzdim, o mənim keçmiş həyat yoldaşım həm də uşaqlarımın anasıydı. Həmin an özümdə deyildim. Gözüm heç nə görmürdü”.

R. İbrahimzadə polisə özü təslim olduğunu deyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Emil Əliyev deyib ki, Zəhra İbrahimova ilə tanış olduqdan sonra onla isti münasibətləri olub: "Tez-tez görüşürdük. Aramızda yaxşı münasibət olub. Hadisədən iki gün əvvəl Zəhra ilə dalaşmışdıq. Çünki "İnstagram"da başqa qızlarla şəklimi görmüşdü. Sonra görüşüb, özümü ona bağışlatdırmışdım. Zəhra iş axtarırdı. Mən də ona uyğun iş tapdım. Zəng elədim, onu görüşə çağırdım. Özüm də "Şərq bazarı" tərəfdə işlədiyimdən Zəhranı ora çağırdım. Səhər saatlarıydı. Zəhra ilə bankın yanında görüşdük. Birlikdə gedən zaman ona zəng gəldi. Zəhra hündür səslə "sənə deyirəm ki, işdəyəm” və "sən yenə dəlimi oldun” sözlərini dedi.  Zəhradan kimlə danışdığını soruşdum, dedi, keçmiş əridir”.

Zərərçəkən qeyd edib ki, zəngdən heç bir dəqiqə keçməmiş Zəhra geriyə dönərək keçmiş ərinin arxasınca gəldiyini deyib: "Çöndüm baxdım ki, Rəşad əlində bıçaqla bizim üstümüzə gəlir. Biz gözlədik. Rəşad Zəhranın üzərinə hücum çəkdi. Zəhranı qorumaq istədim, gördüm bıçaqla məni vurmaq istəyir. Qaçmağa başladım. Birdən arxaya çevrildim ki, Rəşad dayanmadan Zəhraya bıçaq zərbələri vurur. Ayırmaq məqsədilə Rəşadın üstünü getdim. Bu zaman ayağım ilişdi, yerə yıxıldım. Rəşad yıxıldığımı görüb üstümə cumdu, qarın və ayaq nahiyyəmdən məni bıçaqladı. Özümdən getdim. Rəşad öldüyümü zənn edib qaçdı. Gözümü açdım ki, ətrafdakıları Zəhranı klinikaya aparır. Özüm də birtəhər sürünə-sürünə xəstəxanaya girdim. Gördüm, həkimlərin səyinə baxmayaraq Zəhra öldü. Bir qədər sonra Təcili Tibbi Yardım briqadası gəlib məni Kliniki Tibbi Mərkəzə apardı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad İbrahimzadə 17 il müddətə azadlıqdan məhrum edilib.
 
///Bakupost.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin
16:38 31.07.2025
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin