Keçmiş ər-arvadın kirayə tutduqları evə qaçması ailələr arasında qan saldı - TƏFƏRRÜAT

Keçmiş ər-arvadın kirayə tutduqları evə qaçması ailələr arasında qan saldı  - TƏFƏRRÜAT
SOSİAL
12:24 18.01.2019
5305
Xəbər verdiyimiz kimi, Sabirabadda qadın keçmiş ərinə qoşulub qaçıb. Bu da hər iki tərəfin ailə üzvləri arasında kütləvi davaya səbəb olub və sonda bıçaqlanma ilə nəticələnib.

Hadisənin təfərrüatları ilə bağlı maraqlı faktlar əldə edilib.

Sabirabad RİHB-nın Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanmusa Həsənov Unikal.org-a bildirib ki, hadisəyə 31 yaşlı qadının keçmiş əri ilə barışması səbəb olub:

"Bizim kənddən olan Məmmədov Elvin Tofiq oğlu öz sinif yoldaşı olan 1988-ci il təvəllüdlü Abbasova Xəyalə Eldar qızı ilə ailə həyatı qurub. Onların birgə nigahdan 3 övladı dünyaya gəlib. Onların böyük qızı 7-ci, oğlu 4-cü, kiçik qızı isə 2-ci sinifdə oxuyurlar. Cütlük sonradan müəyyən səbəblərə görə ayrılmalı olublar. Bu zaman Xəyalə Abbasova qızlarını götürərək ata evinə gəlib. Elvin Məmmədov isə oğlunu özündə saxlayıb. Bir müddət sonra tərəflər yenidən barışmaq qərarına gəliblər. Ailələr buna razı olmadığı üçün onlar Şirvan şəhərində kirayə ev tutaraq ora qaçıblar. Bundan xəbər tutan qadının atası və qardaşı oğlanın ata evinə gediblər. Bu zaman Elvin Məmmədovun atası və əmisi ilə aralarında münaqişə yaranıb. Xoşagəlməz hadisənin sonunda keçmiş əri ilə qaçan gəlinin atası 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Heybət oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Məmmədov Rafiq Heybət oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Gəlinin atası və əmisi  bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla əməliyyat olunublar.

Hadisənin digər iştirakçıları - Qaragüney kənd sakinləri, 1950-ci il təvəllüdlü Abbasov Eldar Abbas oğlu və 1983-cü il təvəllüdlü Nağıyev Sənan Sabir oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər". 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır