Keçmiş futbolçu ölkə prezidenti seçildi

Keçmiş futbolçu ölkə prezidenti seçildi
DÜNYA
23:42 28.12.2017
1436
1990-cı illərdə "Monako”, "PSJ” və "Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.
 
AZXEBER.COM Oxu.Az-a  istinadla bildirir ki, bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.
 
Keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib. C.Vea səslərin 61,5 faizini qazanaraq rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz)
OXŞAR XƏBƏRLƏR