Keçmiş icra başçısı vəfat etdi

Keçmiş icra başçısı vəfat etdi
Bütün Xəbərlər
10:01 06.06.2015
1605
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məmuru dünyasını dəyişib.

AZXEBER.COM  Reporta istinadən xəbər verir ki, nazirliyin "Azərpoçt" MMC-nin baş direktor müavini Həsənəli Qədimov vəfat edib. Mərhum 2006-cı ildən "Azərpoçt"un baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışırdı.

1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı baş direktor müavini vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR