Keçmiş icra başçısının otlaq sahəsi yandı

Keçmiş icra başçısının otlaq sahəsi yandı
SOSİAL
19:13 18.06.2019
5218

Abşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.

200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.

Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005- ci illərdə Qobustan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

 

Qafqazinfo

OXŞAR XƏBƏRLƏR