Vüqar Qaradağlının göstərişi ilə telekanalın baş prodüseri vəzifəsinə “Parni iz Baku” KVN komandasının üzvü Vado Korovin təyin olundu.
Kanaldakı mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, Azad Azərbaycan Televiziya və Radio Şirkətinin baş prodüseri vəzifəsinə “Parni iz Baku” KVN komandasının üzvü Vado Korovin təyin olunub. V. Karovin bu vəzifəni əvvəllər icra edən aparıcı Mirsalam Mirsalamovun yerinə gətirilib.
Qeyd edək ki, “Canlı Səs” proqramının aparıcısı, telekanalın baş prodüseri Mirsalam Mirsalamov bu il, mayın 22-si işdən uzaqlaşdırılıb.
Xatırladaq ki, bu təyinat bu gün adı çəkilən kanalda ikinci təyanatdır. Belə ki, kanaldakı etibarlı mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, “Bizim səhər” verilişinin aparıcısı Azər Şirin verilişdən uzaqlaşdırılıb. Onun yerinə teleaparıcı Samir Bayramlı gətirilib.