Bakıda keçmiş məhkum silah satarkən tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Rəsul Bayramov 1 ədəd "Parabellum" tipli tapançanı 500 manata satarkən tutulub.Faktla bağlı cinayət işi başlanıb.