23:35 çərşənbə, 13 Noyabr 2019
SOSİAL

Keçmiş məhkumdan gecəyarısı qadına qarşı iyrənc əməl - TƏFƏRRÜAT

00:06, 15.10.20197877
Keçmiş məhkumdan gecəyarısı qadına qarşı iyrənc əməl - TƏFƏRRÜAT
Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

AZXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də, saat 22 radələrində "28 May" küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını aldığını bildirib.

22-ci polis şöbəsi və Səbail rayon Polis İdarsinin 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.
XƏBƏR LENTİ