Keçmiş qadın nazir sui-qəsddə ittiham olunacaq

DÜNYA
12:25 15.03.2012
2033
Ukrayna hökuməti ölkənin həbsdə olan sabiq baş naziri Yuliya Timoşenkoya qarşı yeni ittiham irəli sürə bilər.
 Belə ki, Ukraynanın baş prokurorunun müavini Renat Kuzmin keçmiş hökumət başçısına məxsus şirkətin siyasi motivli qətl sifariş verdiyini iddia edir. Onun sözlərinə görə, 1996-cı ildə hava limanında həyat yoldaşı və köməkçisi ilə birgə qətlə yetirilmiş deputat Yevgen Şerbana qarşı təşkil olunmuş sui-qəsddə Timoşenkonun şirkəti ilə yanaşı, digər sabiq baş nazir Pavlo Lazarenkonun da əli olub.Renat Kuzmin hazırda bu versiyanın dəqiq müəyyən edilməsi üçün prokurorluğun lazımi araşdırmalar həyata keçirdiyini və bunun üçün Lazarenkonun da dindirilməsinin vacib olduğunu bildirib. Qeyd edək ki, soyğunçuluq və korrupsiyada təqsirli bilinən Pavlo Lazarenko hazırda Amerika Birləşmiş Ştatlarında 9 illik həbs cəzası çəkir. Yuliya Timoşenko isə Rusiya ilə əlverişsiz qaz müqaviləsi bağladığını görə ittiham edilib və 7 il həbs cəzası alıb. Ona qarşı irəli sürülən yeni ittiham əsaslı olsa sabiq baş nazir hələ uzun müddət dəmirbarmaqlıqlar arxasında qalmalı olacaq.
ANS TV

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb