Keçmiş sevgilisinin işlədiyi supermarketin müdirini bıçaqladı

Keçmiş sevgilisinin işlədiyi supermarketin müdirini bıçaqladı
DÜNYA
23:34 26.03.2024
190
Türkiyənin Samsun bölgəsinin Bafra rayonunda  bir nəfər keçmiş sevgilisinin işlədiyi marketin müdirini bıçaqlayıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Hadisə Hacınəbi rayonu, 19 May küçəsində yerləşən bazar filialının qarşısında baş verib.  

Əldə edilən məlumata görə, A.S keçmiş sevgilisinin işlədiyi mağazaya gəlib. 

Sevgilisi ilə mübahisə edən şəxsə market müdiri K.K adlı şəxs 

"Burda mübahisə etmə, kənarda danışaq” deyərək onu marketdən çıxarıb.  

Mağzadan çıxandan sonra A.S və mağaza müdiri arasında mübahisə yaranıb. 

Yaranan mübahisə nəticəsində A.S market müdirini ayağından bıçaqlayıb. 

Xəsarət alan K.K. təcili tibbi yardım qrupları tərəfindən Bafra Dövlət Xəstəxanasına aparılıb. 

Hadisə yerini tərk edən A.S. sonradan polisə təslim olub. 

Hadisə ilə bağlı istintaq davam edir. 

Oksana 
OXŞAR XƏBƏRLƏR