Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alındı

Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alındı
SİYASƏT
21:24 13.09.2023
254
Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.

Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.
OXŞAR XƏBƏRLƏR