Kəlbəcər rayonunun Mozqaraçanlı kəndi ərazisində ağackəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalara başlanılıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.










































