Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb

Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb
SOSİAL
10:06 26.06.2025
178
Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb.

Tovuz rayon sakini 1998-ci il təvəllüdlü O. Mustafayev idarə etdiyi "HOWO” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR