Kəmalə Piriyeva: "Türk seriallarına baxanda həsəd aparıram"

Kəmalə Piriyeva: "Türk seriallarına baxanda həsəd aparıram"
MAQAZİN
11:41 03.05.2026
302
"Azərbaycanda istedadlı aktyorlar, aktrisalar, ssenaristlər, rejissorlar, rəssamlar, texniki və yaradıcı heyət var. Sadəcə əsas problemlərdən biri maliyyə və dəstək məsələsidir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri aktrisa Kəmalə Piriyeva deyib.
 
"Mədəni şou" verilişində qonaq olan aktrisa Türkiyə seriallarından danışarkən onlara olan heyranlığını gizlətməyib:

"Qısqanclıq yox, amma həsəd var. İstərdim ki, bizdə də belə layihələr olsun. Pul... Azərbaycanda istedadlı aktyorlar, aktrisalar, ssenaristlər, rejissorlar, rəssamlar, texniki və yaradıcı heyət var. Sadəcə əsas problemlərdən biri maliyyə və dəstək məsələsidir. Bu sahədə pul həqiqətən vacib faktordur. Ən əsas məsələ güclü ssenaridir. Ondan sonra komanda, kim çəkəcək. Film komanda işidir, aktyor, ssenarist, operator yaxşı olmalıdır ki, ortaya keyfiyyətli iş çıxsın. Buna görə də bir çox məqama diqqət etmək lazımdır. Amma mənim üçün ilk faktor hər zaman ssenari və obrazdır".


OXŞAR XƏBƏRLƏR