Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsinə səfər edib. K.Heydərov Qax, Zaqatala və Balakən rayonlarının bir neçə kəndində olub, aparılan tikinti işləri ilə maraqlanıb. Nazir xüsusilə orta məktəblərin tikintisi ilə yaxından tanış olub, zəruri tapşırıqlar verib.