Kəmaləddin Heydərov milyonluq villa tikdirən generala qəzəbləndi – GENERALIN İŞI ÇƏTİNƏ DÜŞDÜ

Kəmaləddin Heydərov milyonluq villa tikdirən generala qəzəbləndi –  GENERALIN İŞI ÇƏTİNƏ DÜŞDÜ
SOSİAL
17:21 11.04.2016
10805

Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevin imarətinin üzə çıxması səs-küyə səbəb olub. Şağan qəsəbəsində 10 milyonluq malikanə tikdirməsi fövqəladə hallar naziri, DGK-nə qeyri-rəsmi kuratorluq edən Kəmaləddin Heydərovun nəzərindən yayınmayıb. AFN.az-ın xəbərinə görə, generalın villasının fotoları yayımlandıqdan sonra nazir ona qəzəblənib. Ölkədə müharibənin getdiyi, cəbhə xəttində şəhidlər verdiyimiz bir vaxtda Ə.Abdullayevin dəbdəbəli sarayı media səhifələrində üzə çıxmaqla generalın işini çətinə salıb. Qeyd edək ki, prezident Gül bayramının ləğvi barədə göstəriş verib, ölkə rəhbərliyinin bütün diqqəti ordudadır, gömrük generalı isə Şağanda 10 milyonluq villa tikdirir. Təbii ki, aldığı aylıq maaşa yox... Arqument.az yazmışdı ki, təkcə torpağa 1.5 milyon manat xərcləyən general Abdullayev malikanənin dizayn və layihəsini Dubay Əmirliyində hazırlatdıraraq 300 min manatdan artıq vəsait xərcləyib. Qeyd olunur ki, malikanənin ümümi ərazisi 4200 kvadratmetrdir. Bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanə əsasən 3 mərtəbədən ibarətdir. Malikanənin baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədir. Burada istifadə olunan kafel və metlaxlar Yunanıstandan gətirilib. Məlumatda o da vurğulanır ki, malikanənin fasad hissəsinə istifadə olunan ağlay üzlüyə ümumilikdə 250 min manat xərclənib: "Qarşısındakı 200 kvadrat metrlik hovuz və fəvvarələrə isə 100 min manat civarında xərc çəkilib. Malikanənin pəncərə və oval vitrajın şüşələri Türkiyə istehsalıdır. Qeyd edək ki, bu oval şüşələrin kvadrat metri montajla birlikdə 400-600 manat arasıdır". Gömrük Komitəsindən isə deyilib ki, qurumun rəsmi email poçtuna sorğu göndərilməlidir, qarşı tərəf də məsələyə münasibət bildirsin. Bundan sonra, yəni 9 mart 2016-cı il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi email ünvanına ([email protected]/* */) və general Əsgər Abdullayevin şəxsi emailinə ([email protected]/* */) sorğu göndərilib. Komitədən bildirilib ki, qarşı tərəfin 15 gün müddətində sorğuya cavab vermək hüququ var. Lakin 15 gündən artıq vaxt keçsə də, sorğuya cavab verilməyib. Qarşı tərəfi dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq