Kəmaləddin Heydərovun qəbul günündə nə baş verdi?

Kəmaləddin Heydərovun qəbul günündə nə baş verdi?
Bütün Xəbərlər
12:40 14.06.2013
3063

İyunun 14-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Salyan şəhərində vətəndaşların qəbul zamanı bir qadının ürəyi gedib.

Buna səbəb kimi qəbulda yaranan sıxlıq göstərilir.

Qaynağımız bildirb ki, saat 10-a təyin olunan qəbul 1 saat gecikib: “Qəbul Fövqəladə Hallar Nazirliyinin Salyan Regional Şöbəsində keçirilir. Hazırda qəbulda 600-ə yaxın vətəndaş var. Nazir onları bir-bir qəbul edir. Buna görə də növbə ləng gedir. Həmin qadın növbədə idi, sıxlıq yarandı və o yerə yıxıldı. Hadisə yerinə təcili yardım briqadası gəlib. Qadına ilkin tibbi yardım göstərirlər. Onun vəziyyəti ağırdır. Həkimlərin sözlərinə reaksiya vermir”. Qaynağımız deyib ki, hazırda qəbulun davam edib-etmədiyi bəlli deyil.

Qeyd edək ki, qəbulda yalnız Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. /musavat.com/

OXŞAR XƏBƏRLƏR