Kənan Doğulu şəhidlərin ruhuna hörmətsizilk edib?

Kənan Doğulu şəhidlərin ruhuna hörmətsizilk edib?
ŞOU-BİZNES
11:41 28.09.2011
1867
Türkiyəli müğənni Kənan Doğulu Bakıdan ölkəsinə qayıtdıqdan sonra jurnalistlərin təzyiqi ilə üzləşib. Media əhli ondan konserti niyə təxirə salmadığını soruşub.
Jurnalistlər müğənniyə sual veriblər ki, son günlər Türkiyə törədilən terror aktları və hücumlar nəticəsində çoxsaylı şəhid verdiyi halda, o, Bakıdakı konsertini niyə təxirə salmayıb. Kənana xatırladılıb ki, müğənni Ajda Pekkan şəhidlərin ruhuna hörmət əlaməti olaraq, konsertini başqa vaxta keçirib. Kənan Doğulunun isə bu suallara cavabı "Bilmirəm, xəbərim yoxdur" olub.
Jurnalistlər dəqiqləşdirmək üçün müğənnidən "Şəhidlərdən xəbəriniz yoxdurmu?", - deyə soruşublar. O isə bu sualı cavabsız qoyaraq, maşınına minib.
Qeyd edək ki, iyuldan sonra Türkiyədə fəallaşan PKK terrorçuları indiyədək onlarla təhlükəsizlik xidməti əməkdaşını və azı 10 dinc sakini qətlə yetiriblər. // milli.az
OXŞAR XƏBƏRLƏR