Kənd təsərrüfatı istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında qanuna dəyişiklik edilib.
AZXEBER.COM xəbər verir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştlərinin müddəti artırılacaq.Dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü il yanvarın 1-dən başalyaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilən mənfəət və əlavə dəyər vergilərini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad olunacaqlar.Qeyd edək ki, 2001-ci il yanvarın 1-dən başlayaraq hər 3 il müddətinə azad edilirdilər.