Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

İQTİSADİYYAT
08:25 04.05.2012
2280

Aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,6 faiz, göyərtilərin 11,9 faiz, xiyarın 13,3 faiz, baş soğanın 1,1 faiz, göy soğanın 3,4 faiz, kartofun 5,9 faiz, quru otun istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşıb, kələmin istehsalçı qiymətləri 2,8 faiz, pomidorun 0,6 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7 faiz, limonun 3,7 faiz, fındığın 1,8 faiz, şabalıdın 3,0 faiz, qozun istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 0,9 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,5 faiz və 0,1 faiz, inək və camış südünün 0,2 faiz, yumurtanın 11,5 faiz, təbii balın istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3 faiz bahalaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 12,6 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 0,5 faiz ucuzlaşma müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq